[b]Millimizin rəqiblərindən fərqli nəticə[/b]
30.05.2018 - 00:22
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, Malta və Kosovo rəqibləri ilə səfərdə üz-üzə gəlib.
Ermənistanla qarşılaşan Malta erkən qolla geri düşməsinə baxmayaraq, 45+1-ci dəqiqədə Andrey Agiusun penaltidən vurduğu qol sayəsində “status-kvo”nu bərpa edib – 1:1.
Kosovo isə Albaniya üzərində böyükhesablı qələbə qazanıb. Kosovonun 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Arber Zeneli 2 (21-ci dəqiqə, 51-ci dəqiqə), Edon Jeqrova isə 1 dəfə (67-ci dəqiqə) fərqlənib.
0
0