[b]Millimizin ruslara ilk kuboku qazandıran yeni baş məşqçisi[/b]
26.05.2016 - 14:11
[b]Millimizin ruslara ilk kuboku qazandıran yeni baş məşqçisi[/b]

Futzal üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Milton Luiz Ziller Junior 18 yaşından peşəkar futzalla məşğuldu. Apasport.az saytının məlumatına görə, 1962-ci ildə dünyaya gələn mütəxəssis əsasən ölkə daxilində fəaliyyət göstərib.

 

Braziliyada Miltinyo kimi tanınan məşqçi 1980-ci ildə peşəkar futzala başlayıb. Lakin onun futzalçı karyerası uzun sürməyib. Belə ki, 1989-cu ildə karyerasını bitirən çalışdırıcı 2 il öncədən məşqçilik fəaliyyətinə də başlayıb. Həm futzalçı, həm də məşqçi kimi ölkə daxili yarışlarda bir çox mükafatlar qazanmış Miltinyonun çalışdırdığı komandalar arasında “Korintians” da olub.

 

Futzal yığmamızın bundan öncəki 2 əcnəbi baş məşqçisi Alesio da Silva və Tino Peres kimi, Miltinyonun da Rusiya macərası olub. O, 2010-cu ilin may ayında “Qazprom-Yuqa”nın “sükanı” arxasına keçib və 2 il bu klubu çalışdırıb.

 

Bu müddətdə 54 yaşlı mütəxəssis komandasına titul da qazandırıb. Belə ki, 2011-12 mövsümündə “Qazprom-Yuqa” onun rəhbərliyi altında Rusiya Kubokunu qazanıb, eyni zamanda ölkə çempionatının bürünc mükafatına sahib çıxıb. Maraqlıdı ki, bu, Rusiya klubunun ilk kuboku kimi tarixə düşüb. 2010-11 mövsümündə də Miltonyo “Qazprom-Yuqa”nı ölkə kubokunun finalına qədər daşıyıb, ancaq onda komanda yalnız həlledici görüşdə məğlub olub.

 

Miltonyonun bundan sonrakı uğuru 2013-cü ilə təsadüf edib. O, həmin il Braziliyada Paulista liqasının qalibi olub.

 

Ailəli olan Milton Luiz Ziller Juniorun 3 övladı var. O, eyni zamanda bədən tərbiyəsi üzrə mütəxəssisdi.

0