[b]Berti Foqts mövqeyini itirir: Azərbaycan millisi ilə birlikdə...[/b]
09.05.2018 - 22:11
[b]Berti Foqts mövqeyini itirir: Azərbaycan millisi ilə birlikdə...[/b]

Panama millisinin baş məşqçisi Ernan Dario Qomes Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqtsu geridə qoymağa hazırlaşır. Apasport.az saytının yerli məlumatna istinadən məlumatına görə, 62 yaşlı mütəxəssis bu ay karyerası ərzində 231-ci milli matçına çıxacaq.

 

Belə ki, onun rəhbərlik etdiyi komanda dünya çempionatına hazırlıq mərhələsində mayın 29-da Şimali İrlandiya ilə yoldaşlıq görüşü keçirəcək. İndiyə qədər Kolumbiya, Ekvador və Qvatemala yığmalarında da çalışmış Qomes həmin gün 231-ci oyunla bu baxımdan 5-ci pilləyə yüksələcək. O, Almaniya, Nigeriya, Küveyt, Şotlandiya və Azərbaycan millilərində ümumilikdə 230 görüş keçirən Berti Foqtsu geridə qoyacaq.

 

Dünya futbol tarixində yığma komandaları ən çox meydana çıxarmış məşqçilər isə Velibor Milutinoviç və Klod Le Roydu. 74 yaşlı serbiyalı və 70 yaşlı fransalı mütəxəssisin aktivində 286 oyun var. Braziliyalı Karlos Alberto Perreyra (251 oyun) və çexiyalı Milan Maçala (245) növbəti yerləri tuturlar.

 

Qeyd edək ki, Panama yığması bu il Rusiyada keçiriləcək dünya çempionatında Belçika, Tunis və İngiltərə ilə eyni qrupda mübarizə aparacaq.