[b]Millimizin sabiq məşqçisi aşağı liqa klubunda[/b]
05.01.2018 - 13:25
Millimizin sabiq məşqçisi Olaf Yansen özünə yeni iş tapıb. Apasport.az saytı xəbər verir ki, almaniyalı çalışdırıcı IV Regionalliqa təmsilçisi “Viktoriya Köln”ün baş məşqçisi vəzifəsinə təyin edilib.
2008-2013-cü illərdə yığmamızda Berti Foqtsun köməkçisi olmuş Yansenlə münasibətlər rəsmiləşdirilib. 51 yaşlı mütəxəssis “Viktoriya Köln”ün baş məşqçisi kimi ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, Yansen bundan əvvəl “Senkt-Pauli”ni çalışdırıb. O, ardıcıl 7 məğlubiyyətdən sonra ötən ilin dekabrında postundan uzaqlaşdırılıb.
0
0