Azərbaycan millisinin sabiq üzvü Uğur Pamuk üçün yay təlim-məşq toplanışı yenə düşərli olmayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 28 yaşlı futbolçu “Manisaspor”un məşqlərində iştirak edə bilmir.
Buna səbəb sabiq “Sumqayıt”lını səhər məşqi zamanı gün vurması olub. Nəticədə xəstələnən yarımmüdafiəçi həkim nəzarətinə alınıb.
Maraqlıdı ki, Uğurun hələ ötən yayda da “Manisaspor”un heyətində məhz Afyondakı təlim-məşq toplanışı zamanı ayağı qırılmışdı. Bu üzdən futbolçu keçən mövsüm heç bir matça çıxmamışdı.
Qeyd edək ki, Uğur Pamuk 2012-ci ildə Azərbaycan millisinə dəvət alıb və Andorra ilə (0:0) yoxlama matçında iştirk edib.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı