Almaniya II Bundesliqasında XIII turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, millimizin hücumçusu Dmitri Nazarovun şərəfini qorudğu "Karlsrue" səfərdə "Qroyter Fyurt"la üz-üzə gəlib.
Matçda təmsilçimizin komandası 3:0 hesablı qələbə qazanıb.
Meydana start heyətdə çıxan Nazarov bu oyunda sonadək mübarizə aparıb. O, üçüncü qolun ötürməsini verib. Yığmamızın üzvü görüşün 16-cı dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, Dmitri bu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveçlə oyuna Bakıda hazırlaşan Azərbaycan millisinin düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Karlsrue" hazırda 20 xalla turnir cədvəlində 6-cı pillənin sahibidir.