Yüksək Liqada XXII tur çərçivəsində keçirilən “Araz” – EKOL oyunu birincilərin çempionluğu təmin etməsi ilə bərabər, bombardirlər yarışına başçılıq edən Tiaqo Bolinya üçün də yaddaqalan olub. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, oyunda het-trik edən millimizin forvardı aktivindəki qolların sayını 30-a çatdırıb.
Bolinya hazırda ən yaxın izləyicilərini – Renat Sultanov (“Marafon Futsal”) və Mortoza Cahandostu (“Yasamal”) 10 top qabaqlayır.
Ancaq “Yasamal” “Araz”dan 2, “Marafon Futsal” isə 1 oyun az keçirib. Bu səbəbdən Cahandostun milliləşdirilən futbolçuya yaxınlaşmaq şansı daha çoxdu.