[b]Millimizin üzvü qol vurdu, komandası heç-heçəyə razılaşdı[/b]
02.11.2014 - 00:23
[b]Millimizin üzvü qol vurdu, komandası heç-heçəyə razılaşdı[/b]

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Saarbrükken"səfədə "Nekkarelz"lə üz-üzə gəlib.

 

Matç 1:1 hesabı ilə yekunlaşıb. Qarşılaşmada hesabı 40-cı dəqiqədə Rüfət Dadaşov açıb. 80-ci dəqiqədə isə Beyazal meydan sahiblərini məğlubiyyətdən xilas edib.

 

Qeyd edək ki, Regional Liqanın Cənub-Qərb zonasında çıxış edən  Rüfətin komandası 16 turdan sonra 34 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.