Sabah 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun II qrupunun görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, oyunları Bakıda keçiriləcək qrupda Azərbaycan, Portuqaliya, Serbiya və Xorvatiya yığmaları mübarizəyə başlayacaq.
Qarşılaşmaları “Bakcell Arena”, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu və “Bakı” klubunun təlim-məşq bazasında baş tutacaq turnirində ilk görüş Portuqaliya və Serbiya milliləri arasında olacaq. Mirbağır İsayevin baş məşqçisi olduğu yığmamız isə mərhələyə Xorvatiya ilə oyunla başlayacaq.
Bütün qarşılaşmalarını “Bakcell Arena”da keçirəcək komandamız II turda Portuqaliya ilə üz-üzə gələcək. Sonuncu oyun günündə isə futbolçularımız Serbiya ilə görüşəcək.
Bu mərhələnin evdə keçirilməsi yığmamız üçün tarix yazmaq imkanı qazanıb. İndiyədək heç vaxt final mərhələsinə yüksəlməyən komandamız Bolqarıstanda oynamaq arzusuna yeni Əsasnamə də kömək edə bilər.
Məsələ ondadı ki, bu mövsümdən final mərhələsində 8 deyil, 16 yığmanın iştirakından yararlananlardan birinin də millimizin olması mümkündü. Çünki elit-raundu əvvəlki illərdə yalnız qrup qalibi adlayırdısa, bu dəfə 2-ci yerin də buna nail olmasına imkan verilib.
Düzdü, qrup qaliblərinin birbaşa yüksəldiyi həlledici turnirə 2-ci pillə sahiblərindən hamısı çıxmayacaq. 8 qrupda 2-ci olanlardan daha yaxşı nəticəyə malik 7-si xoşbəxtlər sırasına düşəcək. Bu 8 komandanın nəticələri müqayisə olunarkən onların 1-ci və 3-cü yerlə oyunları nəzərə alınacaq.
Bakıdakı qrupun matçlarını Kipr, Şotlandiya və Avstriyadan olan hakimlər idarə edəcək. Millimizin rəqiblərinin görüşlərində isə azərbaycanlı hakimlər də iş başında olacaq. Belə ki, Rəhim Həsənov dördüncü, Namiq Hüseynov isə yan xətt hakimi kimi 3 oyuna çıxacaq.
Avropa çempionatının elit-raundu
II qrup
17 mart
13:00. Portuqaliya – Serbiya
Hakimlər: Endryu Dallas, Qren Stüart (hər ikisi Şotlandiya), Namiq Hüseynov. Rəhim Həsənov (hər ikisi Azərbaycan)
Hakim-inspektor: Tomaş Mikulski (Polşa)
UEFA nümayəndəsi: Tomaş Mikulski (Polşa)
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
16:30. Xorvatiya – Azərbaycan
Hakimlər: Dimitrios Massias, İoannis Lazardu (hər ikisi Kipr), Andreas Heydenrayx, Dominik Ouşan (hər ikisi Avstriya)
Hakim-inspektor: Xuan Antonio Fernandes Mann (İspaniya)
UEFA nümayəndəsi: Girogi Pirtsxalava (Gürcüstan)
Bakı. “Bakcell Arena”
19 mart
13:00. Serbiya – Xorvatiya
Hakimlər: Dominik Ouşan, Andreas Heydenrayx (hər ikisi Avstriya), Namiq Hüseynov. Rəhim Həsənov (hər ikisi Azərbaycan)
Hakim-inspektor: Xuan Antonio Fernandes Mann (İspaniya)
UEFA nümayəndəsi: Girogi Pirtsxalava (Gürcüstan)
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
16:30. Portuqaliya – Azərbaycan
Hakimlər: Dimitrios Massias, İoannis Lazardu (hər ikisi Kipr), Qren Stüart, Endryu Dallas (hər ikisi Şotlandiya)
Hakim-inspektor: Tomaş Mikulski (Polşa)
UEFA nümayəndəsi: Tomaş Mikulski (Polşa)
Bakı. “Bakcell Arena”
22 mart
16:30. Xorvatiya – Portuqaliya
Hakimlər: Endryu Dallas, Qren Stüart (hər ikisi Şotlandiya), Namiq Hüseynov. Rəhim Həsənov (hər ikisi Azərbaycan)
Hakim-inspektor: Xuan Antonio Fernandes Mann (İspaniya)
UEFA nümayəndəsi: Xuan Antonio Fernandes Mann (İspaniya)
Bakı. “Bakı” klubunun təlim-məşq bazası
16:30. Azərbaycan – Serbiya
Hakimlər: Dominik Ouşan, Andreas Heydenrayx (hər ikisi Avstriya), İoannis Lazardu, Dimitrios Massias (hər ikisi Kipr)
Hakim-inspektor: Tomaş Mikulski (Polşa)
UEFA nümayəndəsi: Girogi Pirtsxalava (Gürcüstan)
Bakı. “Bakcell Arena”