[b]Millimizin yeni və köhnə rəqibləri üz-üzə gələcək[/b]
13.05.2016 - 17:05
[b]Millimizin yeni və köhnə rəqibləri üz-üzə gələcək[/b]

DÇ-2018-in təsnifat mərhələsində rəqiblərimizdən olan Almaniya yığması yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, Bundestim AÇ-2016-nın seçmə mərhələsində rəqibimiz olmuş İtaliya millisi ilə qüvvəsini sınayacaq.

 

Noyabrın 15-də keçiriləcək qarşılaşma Berlində baş tutacaq. Bu görüşdən 4 gün öncə isə almanlar DÇ-2018-nin seçmə mərhələsi çərçivəsində səfərdə San Marino ilə qarşılaşacaqlar.

 

İtaliya ilə oyun Yoahim Lövün komandası üçün 2016-cı ilin son qarşılaşması olacaq.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Almaniya yığmasının millimizlə ilk oyunu gələn il, martın 26-da Azərbaycanda, ikinci qarşılaşma isə oktyabrın 8-də səfərdə keçiriləcək.

 

0