[b]Millinin baş məşqçisinin taleyi İcraiyyə Komitəsində həll olunacaq[/b]
01.04.2017 - 13:15
[b]Millinin baş məşqçisinin taleyi İcraiyyə Komitəsində həll olunacaq[/b]

DÇ-2018-in final mərhələsindən kənar qalmaq təhlükəsi ilə üzləşən Argentina millisinin baş məşqçisi dəyişdirilə bilər. Apasport.az saytının məlumatına görə, hazırkı çalışdırıcı Edqardo Bausanın taleyinə bu gün aydınlıq gələcək.

 

Argentina Futbol Federasiyasının İcraiyyə Komitəsinin bugünkü yığıncağı məhz Bausanın postunda qalıb-qalmamasına həsr olunacaq. Komitə üzvləri gizli səsvermə ilə baş məşqçi məsələsinə aydınlıq gətirəcək.

 

Seçmə mərhələdə uğursuzluq yaşayan argentinalılar Bausanın yerinə “ Sevilya”nın baş məşqçisi Xorxe Sampaolini gətirmək niyyətindədi. Mütəxəssisin klubla müqaviləsinin şərtləri də onun postundan ayrılmasına imkan yaradır.

 

Qeyd edək ki, Argentina yığması 14 turdan sonra 5-ci pillədə qərarlaşıb. Bu nəticə birbaşa DÇ-yə deyil, pley-offa vəsiqə verir.