[b]Mirbağır İsayev istefa verdi[/b]
22.03.2015 - 19:05
[b]Mirbağır İsayev istefa verdi[/b]

17 yaşadək futbolçulardan ibarət millimiz baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, gənclər komandamızı çalışdıran Mirbağır İsayev istefa verib.

 

O, Avropa çempionatının elit-raundunun II qrupunun son oyununda Serbiya yığmasına 0:4 hesabı ilə məğlub olduqdan sonra komandadan ayrıldığını bildirib.

 

Qeyd edək ki, millimiz elit-raund mərhələsində keçirdiyi 3 oyunun hamısında böyük hesabla uduzaraq, qrupda sonuncu yeri tutub. Komandamız xorvatlara və serblərə 0:4, portuqallara isə 0:3 hesabı ilə məğlub olub.