“Kiyevdəki oyundan sonra demişdim ki, “Qarabağ” xoşuma gəlib. Yaxşı təşkil olunmuş komandadı. Biz bu gün sadəcə onlardan güclü olduq. Gərgin oyun keçdi. Yenə deyirəm ki, “Qarabağ” yaxşı komandadı”. Apasport.az saytının məlumatına görə, bunu “Dnepr”in baş məşqçisi Miron Markoviç deyib.
Təcrübəli çalışdırıcı bu gün Avropa Liqasının IV turunda Bakıda “Qarabağ” üzərində qazanılıan 1:2 hesablı qələbəyə oyundan sonra keçirilən mətbuat konfransında şərh verib: “Bu gün stadion tam dolu idi. Ona görə də fərqli ab-hava vardı. Bizə Dnepropetrovsk və Lvovda oynamağa icazə verilmədi. Amma biz Kiyevdə oynayanda 3000 azarkeş qarşısında mübarizə aprırdıq. Bu, futbol deyildi. Sanki yoldaşlıq oyunu keçirirdik. Ona görə də Bakıda oyunçularım əsl futbol ab-havasında yaxşı oynadı”.
O, oyunu Reynaldo üzərində qurduqlarını bildirib: “Rəhbərlikdən xahiş edəcəyəm ki, “Sent-Etyen”lə matçı Lvovda keçirək. Oyunu Reynaldo üzərində qurmuşduq. Ona görə də Çeberyaçkonu dayaq yarımmüdafiəçisi mövqeyində yoxlayırdım. O, onu bağlamalı idi. Mən Kiyevdəki oyundan sonra demişdim ki, uduzduq. Bu dəfə isə biz udduq. Burda heç nə yoxdu. Konoplyanka əvvəlki kimi çıxış edə bilmir. Qol vursaydı, özünə gələ bilərdi. Təəssüf ki, hələ o istədiyimiz Konoplyanka deyildi. “Qarabağ”a ilk növbədə avrokuboklarda təcrübəli olması lazımdı. Amma nizam-intizamlı komandadı. Belə davam etsələr, uğurlar özünü çox gözlətməyəcək.
“Qarabağ” Bakıda oynayır. Amma 30 min azarkeş gəlir. Amma biz Kiyevdə oynayanda azərbaycanlı azarkeşlər ukraynalılardan çoxdu. Kiyevdə hansı azarkeşlikdən söhbət gedə bilər ki?”