[b]Misir Futbol Federasiyasından açıqlama: Salah DÇ-də oynaya biləcək?[/b]
31.05.2018 - 01:48
ÇL-nin finalında “Real” oyunda zədələnən Muhammed Salahın vəziyyəti haqqında rəsmi məlumat yayılıb. Apasport.az saytının bu barədə Misir Futbol Federasiyasının prezidenti Hani Abo Rida açıqlama verib.
O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi dünya çempionatında Uruqvaya qarşı iyunun 15-də ilk tur matçını buraxmalı olacaq.
Lakin Salah A qrupunun II turunda Rusiya ilə 19 iyunda keçiriləcək oyunda mütləq yer alacaq. Misirin daha bir qarşılaşması iyunun 25-də Səudiyyə Ərəbistanı ilə olacaq.
0
0