[b]Moldova səfəri yığmamızın reytinqinə təsir etmədi[/b]
27.04.2015 - 08:51
[b]Moldova səfəri yığmamızın reytinqinə təsir etmədi[/b]

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, son cədvəllə müqayisədə siyahıda ciddi dəyişiklik olmayıb.

 

Azərbaycan yığması Moldova səfəri çərçivəsində 3 oyun keçirsə də, bu matçlar komandamızın nəinki mövqeyinə, heç xal hesabına da təsir etməyib. Faustino Peresin yetirmələri beynəlxalq turnir çərçivəsində Rumıniyanın Moldova vilayətinin regional yığmasını 6:3 hesabı ilə məğlub edib, ardınca meydan sahiblərinə penaltilər seriyasında yenilib – 1:1, penaltilərlə 0:1. Millimiz yoxlama oyununda yerli “Atletiko” klubunu 7:1 hesabı ilə üstələyib.

 

Bu 3 görüşdən ikisi milli komandalar səviyyəsində olmadığından reytinqə təsir etməyib. Yalnız Moldova millisi ilə qarşılaşmamız hesaba alınıb ki, bu da yığmamızın aktivindəki 1366 xalı dəyişməyib. Bununla da komandamız dünyanın 13-cüsü kimi mövqeyini qoruyub. Yığmamız Avropa təmsilçiləri arasında 7-ci pillədə qalıb.

 

Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 1922 xal. Braziliyanın 1910 xalla 2-ci olduğu reytinqin 3-cü pilləsində Rusiya yer alıb – 1746 xal.

 

Dünyanın ən güclü 20 millisi

1. İspaniya - 1922

2. Braziliya - 1910

3. Rusiya – 1746

4. İtaliya - 1721

5. Argentina – 1679

6. İran - 1611

7. Portuqaliya - 1596

8. Ukrayna – 1494

9. Kolumbiya - 1415

10. Çexiya - 1412

11. Yaponiya – 1401

12. Paraqvay - 1384

13. AZƏRBAYCAN – 1366

14. Sloveniya – 1360

15. Xorvatiya - 1340

16. Rumıniya - 1335

17. Serbiya - 1318

18. Tailand - 1295

19. Özbəkistan - 1269

20. Qazaxıstan - 1260