[b]Montellanın əvəzinə Qattuzo[/b]
04.11.2017 - 15:47
[b]Montellanın əvəzinə Qattuzo[/b]

Sabiq futbolçu Cennaro Qattuzo “Milan”a qayıda bilər. Apasport.az saytı “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi “rossonyerlər”i çalışdırmağa çox yaxındı.

 

Belə ki, hazırkı baş məşqçi Vinçentso Montella rəhbərliyin “səbr kasası”nı daşırmaq üzrədi. A seriyasının XII turunda “Sassuolo” ilə matçda da uğursuz nəticə qeydə alınsa, Montellanın “Milan”dan göndəriləcəyi bildirilir.

 

Qeyd edək ki, sabah baş tutacaq “Sassuolo” – “Milan” görüşü Bakı vaxtı ilə 23:45-də start götürəcək.