Madrid “Real”ı mövsümün sonunda “Borussiya”nın hücumçusu Pyer-Emerik Obameyanqı heyətinə qatmaqda israrlıdı. Apasport.az saytı “Bild” nəşrinə istinadən xəbər verir ki, “Qalaktikos” qarşı tərəfə yeni təkliflə müraciət edib.
İspanlar Obameyanqın əvəzində almanlara hazırda “Yuventus”da çıxış edən Alvaro Morata ilə yanaşı, 70 milyon avro verməyə hazırdılar. Morata “qoca sinyora”nın üzvü olmasına və komandasını dəyişmək istəməməsinə baxmayaraq, razılaşmaya əsasən, “Real” onu 30 milyon avro qarşılığında almaq hüququna sahibdi.
Almanların bu təklifə necə cavab verəcəkləri maraq doğurur.
Qeyd edək ki, Obameyanq 2013-cü ildən “Borussiya”nın formasını geyinir. O, Dortmund klubunun heyətində bu vaxta qədər 134 oyunda 76 qola imza atıb.