“Neçə yaşımın olmasının heç bir əhəmiyyəti yoxdur. Kiməsə nəyisə izah etməyə məcbur deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Çelsi” klubunun hücumçusu Samuel Eto’O deyib.
Qış fasiləsində Rusiyanın “Anji” klubundan “Çelsi”yə transfer olunan Samuelin “lipa” olduğu üzə çıxıb. Belə ki, dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşü çərçivəsində İstanbulda “Qalatasaray”la heç-heçə edən (1:1) “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo özü də bilmədən kamerunlu forvardı ifşa edib.
Portuqaliyalı mütəxəssisin Fransanın “Canal+” telekanalının əməkdaşları ilə səmimi söhbəti etməsi ona baha başa gəlib. Kameraların onun danışığını qeydə almadığını düşünən Mourinyo “mənim komandam var, hücumçum yoxdur. “Çelsi”nin problemi bombardirinin olmamağındadır. Təkcə Samuel Eto’O var, o, isə 32, yoxsa 35 yaşındadır, kim bilir” - söyləməklə, kamerunlunun “lipa” olduğuna işarə edib.
Mourinyonun ardınca, Samuelin sabiq həyat yoldaşı Anna Baranka da kamerunlunun “lipa” olduğunu söyləyib: “Məncə, Samuelin 32 yox, 39 yaşı var. O, 1974-cü ildə doğulub. Onun artıq 39 yaşı tamam olub”.
Maraqlıdır ki, kamerunlu futbolçunun özü də “Qalatasaray”la matçdan sonra “lipa” məsələsinə aydınlıq gətirərkən, dolayısı ilə deyilənlərin doğru olduğunu boynuna alıb: “Çıxış etdiyim komandalarla uğur qazanmışam. Mən – elə mənəm. Çempionlar Liqasını qazanmaqda “Çelsi”yə kömək etmək istəyirəm”.
Qeyd edək ki, rəsmi sənədlərdə Samuelin 10 mart 1981-ci il tarixində doğulduğu yazılıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”