[b]Mourinyo həbs cəzasından qurtuldu[/b]
08.05.2018 - 16:49
[b]Mourinyo həbs cəzasından qurtuldu[/b]

Vergidən yayınmadan ittiham olunan Joze Mourinyo İspaniya məhkəməsi ilə ortaq məxrəcə gələ bilib. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis 800 min avro ödəməyi qəbul edərək, 1 il müddətinə həbs cəzasından yaxasını qurtarıb.

 

Mourinyo 2011-12-ci illərdə vergidən yayınmada ittiham olunur. O, həmin dövrdə “Real”ı çalışdırırdı.

 

Daha öncə Mourinyo 2015-ci ildə 4,5 milyon avro cərimə ödəmişdi. Ancaq sonradan yeni təfərrüatların ortaya çıxması Jozenin yenidən cərimələnməsiylə nəticələndi.