[b]Mövsümün ikincisi[/b]
02.05.2016 - 10:06
[b]Mövsümün ikincisi[/b]

Topaz Premyer Liqasının XXXII turunun 5 qarşılaşmasında 16 qol vurulub. Apasport.az saytının məlumatına görə, “Zirə” və “Xəzər Lənkəran”dan başqa bütün komandaların qol vurduğu turda mövsümün ikinci göstəricisi qeydə alınıb. Hesabat turunda orta məhsuldarlıq 3,2 olub.

 

Belə ki, çempionatın arxada qalan 32 turunda yalnız 1 dəfə daha çox qol vurulub. Bu da XXVI tura təsadüf edib. Həmin vaxt komandalar 18 dəfə rəqib qapısına yol tapıb ki, orta məhsuldarlıq da 3,6-ya bərabər olub.

 

Cari mövsüm daha 3 tur məhsuldarlığı ilə seçilib. Həmin vaxt məhsuldarlıq 3-lə tarixə düşüb. Belə ki, VII, XII və XXVII turlarda qapılara 15 qol vurulub.