[b]Mudiala vəsiqə qazansa da, qovuldu[/b]
30.10.2017 - 21:21
[b]Mudiala vəsiqə qazansa da, qovuldu[/b]

Serbiya millisinin baş məşqçisi Slavolüb Muslin vəzifəsindən qovulub. Apasport.az saytının məlumatına görə, bu barədə yerli federasiyadan xəbər yayılıb.

 

Bildirilib ki, 64 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Ancaq bunun səbəbləri haqqında hər hansı bir açıqlama verilməyib.

 

Onun yerinə müvəqətti olaraq Nenad Krstaiç təyin olunub.

 

Qeyd edək ki, 2016-cı ildə Serbiya millisinin baş məşqçiliyinə gətirilmiş Muslin komandasına Rusiyada keçiriləcək DÇ-2018-ə vəsiqə qazandırıb.