[b]Mundial iştirakçılarından fərqli nəticə[/b]
28.03.2018 - 09:53
[b]Mundial iştirakçılarından fərqli nəticə[/b]

Bu gün səhər saatlarında yığma komandalar arasında daha 3 yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının 4 iştirakçısı qüvvəsini sınayıb.

 

ABŞ-da keçirilən qarşılaşmalarda İslandiya Peruya məğlub olubsa, mundialda onlarla bir qrupda yer alan Xorvatiya Meksikanı 1 qolla üstələyib.

 

Dünya çempionatından kənarda qalan ABŞ-la Paraqvay arasındakı matçın taleyini isə 1 top həll edib.

 

 

Yoldaşlıq görüşləri

28 mart

 

Peru – İslandiya – 3:1

Qollar: Tapia, 3; Ruidiaz, 58; Farfan, 75 – Fyoluson, 22

 

Meksika – Xorvatiya – 0:1

Qol: Rakitiç, 62 (pen.)

 

ABŞ – Paraqvay – 1:0

Qol: Vud, 45 (pen.)