[b]Namiq Ələsgərov hansı oyuna hazır olacaq?[/b]
18.04.2016 - 17:07
[b]Namiq Ələsgərov hansı oyuna hazır olacaq?[/b]

Topaz Premyer Liqasının XXXI turunda “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” matçın hazırlığına hələ başlamayıb. Apasport.az saytının məlumatına görə, futbolçuların yorğun olduğunu nəzərə alan baş məşqçi Şahin Diniyev onlara 2 günlük istirahət verib.

 

Oyunun hazırlığına sabah start verəcək “Kəpəz”də Namiq Ələsgərovun yoxluğu davam etməkdədi. Zədəli olduğu üçün “İnter”lə matçı buraxan gənc yarımmüdafiəçi “Sumqayıt”la görüşdə də komandasına kömək edə bilməyəcək. “Qarabağ”la qarşılaşmada əzələsi dartılan Ələsgərov ölkə çempionatının XXXII turunda “Rəvan”la keçiriləcək oyuna kimi isə sıraya dönəcək.

 

“Sumqayıt”la görüşöncəsi “Kəpəz”in cəzalı futbolçusunun olmaması məşqçilər korpusunu sevindirən məqamlardandı.

 

Qeyd edək ki, aprelin 24-də keçiriləcək “Sumqayıt” – “Kəpəz” matçı saat 14:00-da start götürəcək.