[b]Nazarov 83 dəqiqə oynadı, komandası xal qazandı[/b]
03.11.2015 - 01:23
Almaniya 2-ci Bundesliqasında 13-cü tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” səfərdə “Nürnberq”lə qarşılaşıb.
Nazarovun start heyətində meydana çıxıdığı və 83-cü dəqiqədə əvəzləndiyi matç qolsuz bərabərliklə nəticələnib.
Bu oyundan sonra hesabında 16 xal olan "göy-ağlar" 11-ci pillədə qərarlaşıb.
0
0