[b]Nazarov oynadı, komandası 3 xal qazandı[/b]
11.04.2015 - 09:24
Almaniya çempionatının II Bundesliqasında XXVIII tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” öz meydanında “Sankt-Pauli”ni qəbul edib.
Bundesliqaya vəsiqə uğrunda mübarizə aparan meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib. Milliləşən legionerimiz bu qarşılaşmada 70 dəqiqə meydanda olub.
Qeyd edək ki, 28 oyundan sonra hesabında 48 xal olan “Karlsrue” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
0
0