Almaniyanın 2-ci Bundesliqasında mövsümə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Aue” son turda “Darmştadt”ın qonağı olub.
Start heyətində yer alan təmsilçimiz 79-cu dəqiqədə əvəzlənib. Onun komandası 0:1 hesabı ilə uduzub.
Bu məğlubiyyət “Aue”nin aşağı dəstəyə yuvarlanmaq riski ilə nəticələnib. 34 oyunda 40 xal toplayan komanda 18 iştirakçı arasında 16-cı olub və 2-ci Bundesliqada qalmaq üçün pley-off oynayacaq.
Nazarov və komandası mayın 18-də və 23-də “Karlsue” ilə görüşəcək. “Aue” ilk oyunu səfərdə keçirəcək.
Qeyd edək ki, mövsümün yekunlarına görə “Fortuna” və “Nürnberq” Bundesliqaya yüksəlibsə, “Holsteyn Kyel” bunun üçün pley-off səddini keçməlidi.