[b]Nazarov oynadı, komandası uduzdu[/b]
27.04.2018 - 22:38
Almaniya II Bundesliqasında XXXII tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun komandası “Aue” “Boxum”un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Start heyətində meydana daxil olan Nazarov 84-cü dəqiqədə Rici Munsi ilə əvəzlənib.
Qeyd edək ki, aktivində 39 xal olan “Aue” 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
0
0