Milli komandamızın üzvü Dmitri Nazarovun heyətində çıxış etdiyi “Karlsrue” yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, həmyerlimizin komandası Bundesliqanın son çempionu “Bavariya” ilə qarşılaşıb.
Oyun həm yığmamızın üzvü, həm də klubu üçün uğurlu olub. Belə ki, aşağı divizion təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada qollardan birini Nazarov vurub.
Oyuna sonradan daxil olan Dmitri ötən il dünyanın ən yaxşı qapıçısı seçilən Manuel Noyeri penalti zərbəsi ilə məyus edib.
Yoxlama oyunu
“Karlsrue” – “Bavariya” – 2:1
Qollar: Bari, 17, Nazarov, 74 (pen.) – Vidal, 21