[b]Nazarov və komandasının taleyi son tura qaldı[/b]
06.05.2018 - 20:28
Almaniya II Bundesliqasında XXXIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Dmitri Nazarovun forma geyindiyi “Erzgebirge” də növbəti matçına çıxıb.
Komanda doğma meydanda “Drezden”lə üz-üzə gəlib. Düşmə zonasında olan Aue təmsilçisi 1 xala razılaşıb. Matça start heyətində başlayan Dmitri 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 33 oyundan sonra aktivində 40 xal olan “Erzgebirge” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komandanın III Bundesliqaya düşüb-düşməməsi növbəti həftə “Darmşdat”la oyundan sonra bəlli olacaq.
0
0