[b]Nazarov xal itkisi ilə qayıtdı[/b]
26.11.2017 - 18:23
[b]Nazarov xal itkisi ilə qayıtdı[/b]

Almaniya II Bundesliqasında XV tur davam edir. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” də növbəti oyununa çıxıb.

 

Aue təmsilçisi dogma meydanda “Bohum”la qarşılaşıb. Görüdə qalib müəyyənləşməyib – 1:1.

 

Qırmızı vərəqə cəzası səbəbindən bir neçə oyunda komandasına kömək edə bilməyən Dmitri bu oyunla birlikdə cəzasını başa vurub. Matça start heyətində başlayan Nazarov 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 15 oyundan sonra aktivində 19 xal olan “Erzgebirge” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

0