[b]Nazim Süleymanov millinin baş məşqçisi postuna gətirildi[/b]
13.04.2015 - 10:22
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu vəzifə Nazim Süleymanova həvalə olunub.
AFFA-nın rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, bu qərarı verib. Süleymanov Nikolay Adamın komandadan ayrılmasından sonra boş qalan U-19-un baş məşqçisi postunu tutub.
Qeyd edək ki, əvvəllər ölkəmizin əsas yığmasında da çalışmış Süleymanov 1 qarşılaşmada baş məşqçi vəzifəsini icra edib.
0
0