[b]Neymar “Real”da oynamaq istəyir[/b]
11.05.2018 - 15:01
[b]Neymar “Real”da oynamaq istəyir[/b]

PSJ-nin hücumçusu Neymar karyerasını “Real”da davam etdirə bilər. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, braziliyalı futbolçu ayrılmaq istədiyini klub rəhbərliyinin nəzərinə çatdırıb. Həmçinin, Neymarın atası ilə klub arasında bu barədə danışıqlar olub.

 

Neymarın PSJ-yə keçərək, səhv qərar verdiyini anladığı və hələ ötən ilin dekabr ayında “Real”la əlaqə yaradaraq, karyerasını yenidən İspaniyada davam etdirmək istədiyini bildirdiyi iddia olunur.

 

Forvardın Paris klubunda qalıb-qalmayacağına dair qərar yuxarı dairələrdə müzakirə olunacaq. Qətər əmiri Təmim bin Həməd Al Sani üçün məsələ maliyyədən çox, prestij məsələsidi.

 

Neymarın “Real”a mümkün transferi 260-300 milyon avro aralığında qiymətləndirilir.