[b]Neymara görə 5 futbolçu satılır[/b]
10.05.2018 - 01:54
[b]Neymara görə 5 futbolçu satılır[/b]

“Real”ın PSJ-nin hücumçusu Neymarın transferindən əl çəkmir. Apasport.az saytının “Don Balon”a istinadən məlumatına görə, “kral klubu” bu keçid üçün 260 milyon avro ayıracaq.

 

Maliyyə feyr-pleyini pozmamaq üçün madridlilər əvəzində bir neçə oyunçusunu satmağa da hazırdı. Belə ki, rəhbərlik Neymarın keçidi məsələsində irəliləyişə nail olsa, müdafiəçi Xesus Valyexo, yarımmüdafiəçilər Daniel Sebalyos, Mateo Kovaçiç, həmçinin hücumçular Kərim Benzema və Qaret Beyli transferə çıxaracaq.

 

Qeyd edək ki, PSJ-nin ötən il “Barselona”dan 222 milyon avroya transfer etdiyi Neymar cari mövsüm meydana çıxdığı 30 matçda 29 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.