[b]Neymar yola çıxdı: nə Qətərə, nə də Fransaya...[/b]
01.08.2017 - 17:05
[b]Neymar yola çıxdı: nə Qətərə, nə də Fransaya...[/b]

Son vaxtlar dünya mətbuatının bir nömrəli gündəmi olan Neymarın PSJ-yə transferi, deyəsən baş tutmayacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı hücumçu İspaniyaya qayıdır.

 

PSJ-də tibbi müyinədən keçmək üçün gah Qətərə, gah da Fransaya yollanacağı deyilən 25 yaşlı oyunçunun son olaraq Braziliya səfərinə hazırlaşdığı yazılmışdı. Artıq Barselonaya yola düşən Neymar sosial şəbəkədə şəklini paylaşaraq “Braziliyaya gedirəm” yazıb və gülüş işarəsi qoyub.

 

Ulduz futbolçunu aparan təyyarə bu gün gecə saatlarında Barselona hava limanına eniş edəcək. Neymarın sabah səhər saatlarında “Barselona” ilə məşqə çıxması gözlənilir.

 

Qeyd edək ki, Neymarın 222 milyon avro qarşılığında PSJ-yə keçəcəyi ilə bağlı xəbərlər hələ də yayılmaqdadı.