[b]Neymarın Parisə yollanacağı tarix müəyyənləşdi[/b]
31.07.2017 - 10:51
[b]Neymarın Parisə yollanacağı tarix müəyyənləşdi[/b]

“Barselona”nın hücumçusu Neymar avqustun 2-də PSJ-yə keçmək üçün Parisdə tibbi müayinədən keçəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı “Marca” yayıb.

 

Bildirilir ki, Neymar həmin gün Fransa klubunun prezidenti Nəsir əl-Xelayfi ilə görüşəcək. Paris təmsilçisinə keçəcəyi halda Neymar klubun sahibi “Qatar Sports Investments” şirkəti ilə müqavilə imzalayacaq. Müqavilə çərçivəsində braziliyalı futbolçu Qətərdə keçiriləcək dünya çempionatının səfiri olacaq və beş il ərzində 300 milyon avro qazanacaq.

 

Qeyd edək ki, PSJ Neymara görə "Barselona"ya 222 milyon avro ödəməyə hazır olduğunu bəyan edib.