[b]Neymarın yerinə Dibala[/b]
31.07.2017 - 13:40
[b]Neymarın yerinə Dibala[/b]

“Yuventus”un futbolçusu Paulo Dibala karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, argentinalı futbolçu ilə “Barselona” danışıq aparır.  

 

Kataloniyalılar klubdan ayrılacağı gözlənilən Neymarın yerinə məhz Dibalanı transfer etmək niyyətindədilər. “Barsa” qarşı tərəfin tələb edəcəyi məbləği ödəməyə hazırdı. “Yuventus”un liderini 110-150 milyon avro qarşılığında buraxacağı bildirilir. Neymarın transferindən külli miqdarda pul qazanacaq “Barselona” rəhbərliyinin bu məbləği ödəməyə razılaşacağı şübhə doğurmur.

 

Qeyd edək ki, Argentina yığmasının da üzvü olan Paulo Dibala 2015-ci ildən “Yuventus”un formasını geyinir.