[b]Kanales yubileylə qayıtdı[/b]
13.03.2016 - 16:40
[b]Kanales yubileylə qayıtdı[/b]

Topaz Premyer Liqasının XXV turunda hazırda davaç edən AZAL-la qarşılaşma “Neftçi” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” bu matçda ölkə çempionatlarında 1200-cü qolu vurub.

 

Yenidən “Neftçi”yə döndükdən sonra bu qarşılaşmada 60-cı dəqiqədə hesabı bərabərləşdirən çilili hücumçu Nikolas Kanales yubiley qolunu vuraraq, klubun tarixinə düşüb.

 

“Flaqman” bu göstəriciyə görə ölkə birinciliyində çıxış etmiş bütün komandaları qabaqlayır.

 

Qeyd edək ki, hazırda Vəli Qasımovun çalışdırdığı komandaya bu qolları vurmaq üçün 682 oyun bəs edib. Qollardan 695-i evdə, 485-i səfərdə, digər 20 qol isə neytral meydanda vurulub.

 

 

“Neftçi”nin tarixi qolları

 

 

Tarix

oyun

Futbolçu

1

08.05.1992

Neftçi – Xəzər S

Yunis Hüseynov

100

13.10.1992

İnşaatçı S - Neftçi

Samir Ələkbərov

200

22.10.1994

Xəzər Lənkəran – Neftçi

Mais Əzimov

300

18.09.1996

Fərid - Neftçi

Yaşar Vahabzadə

400

27.09.1997

Neftçi – Dinamo

Qurban Qurbanov

500

31.10.1999

Neftçi – Kəpəz

Aleksey Stukas

600

25.11.2001

Xəzər Universiteti – Neftçi

Vadim Vasilyev

700

13.12.2004

Neftçi – Kəpəz

Stenli Udenkvor

800

10.11.2006

Bakı - Neftçi

Aqil Məmmədov

900

22.08.2009

Neftçi - Turan

Adrian Neaqa

1000

04.12.2011

Neftçi - Simurq

Araz Abdullayev

1100

12.09.2013

Neftçi - İnter

Melvin Platye

1200                

13.03.2016

AZAL - Neftçi

Nikolas Kanales