“Mançester Siti”nin hücumçusu Nolito yenidən İspaniyaya qayıdıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 31 yaşlı forvard yeni mövsümdən “Sevilya”nın formasını geyinəcək.
Ötən ilin yayında “Selta”dan transfer edilən futbolçu geridə qalan mövsümdə “şəhərlilər”in əsas heyətində möhkəmlənə bilməyib. Bu səbəbdən Premyer Liqa təmsilçisi onu “Sevilya”ya icarəyə verib. Bu keçid La Liqa klubuna 4 milyon avroya başa gəlib. “Sevilya” eyni zamanda onu gələn il birdəfəlik transfer etmək hüququna da malik olacaq.
Qeyd edək ki, ötən mövsüm ümumilikdə 30 matçda iştirak edən Nolito 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.