[b]Norveç - Azərbaycan matçına nə qədər bilet satılıb?[/b]
09.06.2015 - 09:34
[b]Norveç - Azərbaycan matçına nə qədər bilet satılıb?[/b]

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də keçiriləcək Norveç – Azərbaycan matçına bilet satışı davam edir. Apasport.az saytı Norveç mətbuatına istinadən xəbər verir ki, oyunun keçiriləcəyi “Ullevaal” stadionunun tam dolacağı gözlənilir.

 

Belə ki, dünənə olan hesablamaya əsasən, 15 min bilet artıq satılıb. Uşaqlar üçün biletin qiyməti 50 kron (6 dollar), böyüklər üçün isə 100-300 krondu (13-38 dollar).

 

Qeyd edək ki, təməli 1925-ci ildə qoyulan “Ullevaal” stadionu 28 min azarkeş tutumuna malikdi. Sonuncu dəfə 2013-cü ildə yenilənən arenada Norveç yığması ilə yanaşı, “Valerenqa” klubu da ev oyunlarını keçirir.