[b]Norveç – Azərbaycan oyununa nə qədər bilet satılıb?[/b]
11.06.2015 - 18:01
[b]Norveç – Azərbaycan oyununa nə qədər bilet satılıb?[/b]

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sabah baş tutacaq Norveç – Azərbaycan oyununa bilet satışı davam edir. Apasport.az saytı xəbər verir ki, son məlumata görə, artıq 17 min bilet satılıb.

 

Bu barədə Norveç mətbuatına məlumatı bilet satışı üzrə direktor Tor Andre Kristad verib. O bildirib ki, satış oyun günü də davam edəcək: “İnanırıq ki, sabah da bu ab-hava davam edəcək və oyun zamanı tribunalarda boş yer qalmayacaq. Biletlərimiz hələ tükənməyib. İnsanların problemlə üzləşməməsi, növbəyə durub vaxt itirməməsi üçün bu satışı şəhərin müxtəlif yerlərində apardıq. Amma sabah, yəni oyun günü yalnız matçın keçiriləcəyi “Ullevol” stadionunun kassasından bilet almaq mümkün olacaq”.

 

Qeyd edək ki, Oslo şəhərində yerləşən “Ullevol” stadionu 28 min tamaşaçı tutumuna malikdi.