[b]Norveç – Azərbaycan oyununda polşalı hakim[/b]
09.06.2015 - 13:28
[b]Norveç – Azərbaycan oyununda polşalı hakim[/b]

AVRO-2016-nın seçmə mərhələsinin iyunun 12-də keçiriləcək Norveç –Azərbaycan oyununun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Osloda baş tutacaq qarşılaşmanı polşalı hakimlər briqadası idarə edəcək.

 

Oyunun baş hakimi Pavel Gil olacaq.

 

Qeyd edək ki, Norveç – Azərbaycan oyunu “Ullevol” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.