[b]Norveç millisi Azərbaycanla oyuna hansı heyətlə çıxacaq?[/b]
09.06.2015 - 09:12
[b]Norveç millisi Azərbaycanla oyuna hansı heyətlə çıxacaq?[/b]

Norveç millisinin təxmini “11-liy”i məlum olub. Apasport.az saytının məlumatına görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandamızı qəbul edəcək skandinaviyalılar 4-4-2 taktiki sxeminə üstünlük verəcək.

 

Yerli mətbuatın iddiasına görə, yığmamızla qarşılaşmada baş məşqçi Per-Matias Hoqmonun əsas qol “silahı” hazırda 12 qolla Norveç çempionatına bombardirlik edən Aleks Soderlund olacaq. Ona bunda “Burnemut”un yeni transferi Joşua Kinq kömək edəcək. Milliləşdirilən Afrika əsilli forvard Adama Diomandenin isə ehtiyatda oturması ehtimal edilir.

 

Maraqlıdı ki, təxmini “11-lik”yə salınan futbolçulardan yalnız 3-ü daxili birincilikdə iştirak edir. Bunlar Soderlundla yanaşı, qapıçı Niland və müdafiəçi Forrendi. Start heyətində adı göstərilənlərdən 3-ü isə Almaniya Bundesliqasında iştirak edir.

 

Ən diqqətçəkən sima Martin Odeqarddı. Madrid “Real”ında çıxış edən 17 yaşlı yarımmüdafiəçinin Azərbaycanla qarşılaşmada ilk “onbirlik”də iştirakı gözlənilir.

 

Yalnız Havard Nordtveitin ilk dəqiqələrdən meydançaya çıxıb-çıxmayacağı hələ məlum deyil. Yüngül zədəsi olan yarımmüdafiəçi oyuna qədər hazır olmasa, onu Qana əsilli Aleksander Tettey əvəz edəcək.

 

Norveç millisinin təxmini “11-liy”i belədi:

Oryan Niland – Omar Elabdallaui, Even Hovland, Veqard Forren, Tom Höqli – Per Çilyan Skyelbred, Havard Nordtveit (Aleksander Tettey), Stefan Yohansen, Martin Odeqard – Joşua Kinq, Aleks Soderlund

 

Qeyd edək ki, Norveç – Azərbaycan oyunu iyunun 12-də Oslodakı “Ulleval” stadionunda keçiriləcək.