[b]Norveç millisinin qapıçısı: ...Bakıdan xalsız qayıdacağıq[/b]
13.11.2014 - 11:00
[b]Norveç millisinin qapıçısı: ...Bakıdan xalsız qayıdacağıq[/b]

“Estoniya ilə görüşdə xeyli səhvlərə yol verdik ki, nəticədə məğlub olduq. Azərbaycanla qarşılaşmada isə tam fərqli çıxış etməliyik”. Apasport.az xəbər verir ki, bu sözləri Norveç millisinin qapıçısı Oryan Niland  deyib.

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda yığmamıza qarşı keçirəcəkləri oyundan danışan Niland Estoniya ilə oyundakı kimi çıxış edəcəkləri halda, Azərbaycandan xalsız dönəcəklərini bildirib: “Əgər eyni səhvləri Azərbaycanla səfər oyununda etsək, Bakıdan xalsız qayıdacağıq. Keçirdiyimiz yoldaşlıq görüşü bizim üçün seçmə mərhələ oyununa hazırlıq idi. Əsas odu hər kəs öz səhvini gördü və biz qarşıdakı oyunda yaxşı hazırlaşacağıq. Səhvlərimizi düzəltməyə və AVRO-2016-nın seçmə matçında 3 xal qazanmağa çalışacağıq”.

 

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu noyabrın 16-da saat 21:00-da “Bakcell Arena”da start götürəcək.