[b]Norveçli müdafiəçi Rahid Əmirquliyevdən ehtiyatlanır[/b]
14.11.2014 - 15:32
[b]Norveçli müdafiəçi  Rahid Əmirquliyevdən ehtiyatlanır[/b]

“Azərbaycan millisi haqqında geniş məlumata malik deyiləm. Sadəcə, “Qarabağ” haqda eşitmişəm. Onlar Avropa Liqasını qrup mərhələsində mübarizə aparırlar. Bir neçə il öncə isə “Rusenborq”la qarşılaşıblar”. Apasport.az xəbər verir ki, bu sözləri Norveç millisinin üzvü Omar Elabdellaui deyib.

 

2 gün sonra Azərbaycan və Norveç yığmaları arasında AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq oyundan danışan 22 yaşlı müdafiəçi millimizin bəzi futbolçularını tanıdığını bildirib: “Azərbaycan millisindən bəzi futbolçuları tanıyıram. Daha doğrusu, 19 nömrəli yarımmüdafiəçi (Rahid Əmirquliyevi nəzərdə tutur – red. ) haqqında məlumatım var. İtaliya və Xorvatiya ilə qarşılaşmalarda da bu futbolçunun oyununu izlədim. Təhlükəli futbolçudu. Bir də mənim oynadığım Almaniya II Bundesliqasında “Karslue” klubunda Azərbaycan millisinin bir üzvü var (Dimitri Nazarovu nəzərdə tutur - red.). Bizim üçün çətin və vacib səfər qarşılaşmasıdı. İnanıram ki, Bakıdan 3 xalla qayıdacağıq”.

 

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək.