[b]Noyer yenə ən güclüdü[/b]
06.01.2016 - 09:36
[b]Noyer yenə ən güclüdü[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin ən yaxşı qapıçısını müəyyənləşdirib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, ötən ildə də ən güclü qapıçı Manuel Noyer seçilib.

 

İFFHS-nin keçirdiyi səsvermə zamanı almaniyalı qolkiper rəqibsiz olub. Belə ki, o, ən yaxın izləyicisi olan Canluici Buffondan 110 xal çox xal toplayıb. İlk “üçlüy”ü isə Klaudio Bravo qapayıb.

 

İlk “onluq”da ən çox qolkiperlə Almaniya və İspaniya təmsil olunub. Hər iki ölkənin iki qolkiperi ən yaxşılar arasında özünə yer edə bilib.

 

“Barselona” yeganə klubdu ki, hər iki əlcək sahibi “onluğ”a düşüb.

 

Ən yaxşı qapıçılar:

 

1. Manuel Noyer (“Bavariya” / Almaniya) - 188 xal

2. Canluici Buffon (“Yuventus” / İtaliya) - 78 xal

3. Klaudio Bravo (“Barselona” / Çili) - 45 xal

4. David De Xea (“Mançester Yunayted” / İspaniya) - 34 xal

5. Tibo Kurtua (“Çelsi” / Belçika) - 24 xal

6. Petr Çex (“Çelsi” – “Arsenal” / Çexiya) - 18 xal

7. Marselo Barovero (“River Pleyt” / Argentina) - 12 xal

8. Mark-Andre Ter Ştegen (“Barselona” / Almaniya) - 7 xal

9. İker Kasilyas (“Real” – “Portu” / İspaniya) – 6 xal

10. Daniel Subaşiç (“Monako” / Xorvatiya) - 4 xal