AFFA “Simurq”a yeni idman-direktoru təyin etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, bundan sonra Zaqatala klubunda uşaq futboluna nəzarət edəcək həmin mütəxəssis Peter Neuştadter olacaq.
AFFA almaniyalı mütəxəssisi bir müddət əvvəl “Rəvan”a idman-direktoru təyin etsə də, Nuru Əliyev Neuştadteri rəhbəri olduğu komandada görmək istəməmişdi.
“Simurq”un prezidenti Anar Bəkirov əməkdaşımızla söhbətində bu həftə təyinatın rəsmiləşəcəyini açıqlayıb: “Neuştadterlə artıq bir dəfə görüşmüşəm. Bu gün və ya sabah baş katib Elxan Məmmədovun da iştirakı ilə görüşümüz olacaq. Bütün şərtləri müzakirə edəcəyik və ondan sonra Neuştadter Zaqatalada işə başlayacaq”.