“Bizim üçün önəmli oyundu. Son turlara baxsaq, komandamız özünə gəlməyə başlayıb. Bunu “İnter”lə görüşdə də davam etdirmək lazımdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.
Topaz Premyer Liqasının XII turu çərçivəsində bu gün “İnter”in qonağı olacaq “ağ-yaşıllar”ın çalışdırıcısı matç haqqında fikirlərini açıqlayıb.
“Rəqib çempionatın ən güclülərindən biridi. Ən az qol buraxan və ən çox qol vuran komandadı. Çempionatda cəmi 1 məğlubiyyətləri var ki, onu da bizdən alıblar. Yenidən onlar üzərində qələbə qazanmaq istəyirik. Məncə, hər 2 komanda gərgin matç olacağını bilir. Ümid edirəm ki, meydandan biz qalib ayrılacağıq” – deyə, Çətin bildirib.
Türkiyəli mütəxəssis vurğulayıb ki, bu qarşılaşmaya hazırlıq üçün 1 həftə süni ot örtüklü meydançada məşq ediblər: “Süni meydançada oynamaq bizim üçün həmişə çətin olub. “İnter”lə qarşılaşmaya xüsusi hazırlaşdıq. Bir həftə süni meydançada məşq etmişik. Həm də rəqibin müdafiədə daha çox oynaması çətinlik yaradır. Buna baxmayaraq, Lənkəranda onları məğlub edə bildik. İndi bizim motivasiya olmağımız lazımdı. Səhvlərə yol versək, onlar bundan maksimum istifadə edə bilərlər. Çünki belə komandalar həmişə yaxşı müdafiə olunub, rəqibin ani səhvini gözləyirlər. Biz bunu etməməliyik və qol vurmağı bacarmalıyıq”.
Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” matçı saat 18:00-da “İnter Arena”da start götürəcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı