“Çempionata pis başladıq, pis də davam edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.
Türkiyəli mütəxəssis bu gün Topaz Premyer Liqasında V turun oyunda səfərdə “Neftçi”yə minimal hesabla (1:0) uduzduqları görüşə şərh verib.
Çətin komandasının hazırda ən böyük problemlərinin qol vura bilməməsinin olduğunu bildirib: “Bugünkü oyunun nəticəsi belə olmamalı idi. 3 xal itirmək çox pisdir. Qırmızı vərəqə və penaltidən sonra komandamız qol vurmalı idi. Futbolda nə qədər çalışsan belə, əsas iş qol vurmaqdır. Bizim hazırda ən böyük problemimiz qol vura bilməməkdir. “Neftçi” 10 adamla müdafiə olundu, biz isə qol vurmağa çalışdıq. İstənilən halda, məğlub olduq. Artıq bu oyun başa çatdı. Qarşıdakı oyunlara baxmalıyıq. Bizim məqsədimiz yaxşı oynamaq, qələbə qazanmaqdır”.
Mənbə: pfl.az