[b]Kubokun iştirakçısı adını dəyişdi[/b]
04.05.2018 - 11:41
[b]Kubokun iştirakçısı adını dəyişdi[/b]

Futzal üzrə ikinci liqa təmsilçisi VİP FK-nın adı dəyişdirilib. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, ölkə kubokunun iştirakçısı bununla bağlı müraciət edib.


Kubokun 1/4 final mərhələsində mübarizə aparan VİP FK-nın müraciətinə baxan federasiya bunu müsbət cavablandırıb.

 

Beləliklə, VİP FK-nın qarşıdakı oyunlarda “Uğur” kimi adlandırılmasına icazə verilib.