[b]Omar Elabdellaui: Bakıda sona qədər döyüşmək lazımdı[/b]
16.11.2014 - 17:08
[b]Omar Elabdellaui: Bakıda sona qədər döyüşmək lazımdı[/b]

“Biz Bakıda gücümüzü ortaya qoyacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin müdafiəçisi Omar Elabdellaui deyib.

 

Bu gün AVRO-2016-nın seçmə mərhələsində yığma komandamız Norveçlə qarşılaşacaq. Skandinaviya təmsilçisinin futbolçusu millimizlə oyunöncəsi fikirlərini bildirib.

 

Yunaıstan “Olimpiakos”unda forma geyinən arxa xətt oyunçusu Bakıya qələbə üçün gəldiklərini vurğulayıb: “Bu, bizim üçün asan olmayacaq. Oyunçularımız məsuliyyət daşıyır. Estoniyaya uduzduğumuz qarşılaşmada pis oynadıq. Xüsusilə matçın 1-ci yarısında zəif çıxış etdik. Biz kifayət qədər təhlükəli deyilik. Baş məşqçimiz demişkən, Bakıya 3 xal üçün gəlmişik. Bunun üçün sona qədər döyüşmək lazımdı”.

 

Qeyd edək ki, Mərakeş əsilli 22 yaşlı müdafiəçi müsalmandı.